QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 16 381,3 milyon manata çatıb. Bu, proqnoz göstəricisindən 161,9 milyon manat və ya 1,0 faiz çoxdur.

Daxilolmaların ən böyük hissəsi vergilərdən formalaşıb: 10 327,9 milyon manat, yaxud ümumi məbləğin 63,0 faizi. Gömrük orqanlarının payı isə 4 973,3 milyon manat və ya 30,4 faiz olub.

Digər mənbələr üzrə ödənişli xidmətlərdən 543,2 milyon manat (3,3 faiz), sair daxilolmalardan 318,6 milyon manat (1,9 faiz), dövlət müəssisələrinin dividendlərindən 175,1 milyon manat (1,1 faiz), icarə gəlirlərindən isə 43,2 milyon manat (0,3 faiz) əldə edilib.