QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, ölkənin Gürcüstandakı hərbi attaşesi Arzu Həsənov və digər şəxslər Rustavidə Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ziyarətçilər abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə yekunlaşan tarixi Zəfərin önəmi qeyd olunub. Bildirilib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və milli birlik siyasətinin davamı kimi Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib.