QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu vəsiyyətindən danışıb. O, bu barədə “Sevilən səhər” proqramında açıqlama verib.
Kərəmoğlu bildirib ki, xaricdə dünyasını dəyişərsə, cənazəsinin Azərbaycana gətirilməsini istəmir və kremasiya olunmasını arzulayır. Sənətçinin övladları xaricdə yaşayır, özü də tez-tez ölkə xaricinə səfər edir.
“Vəsiyyətim var. Övladlarım xaricdə yaşayır. Xaricə tez-tez gedib-gəlirəm. Dünyanın hər bir yerində rəhmətə gedə bilərəm. Mənim cənazəmi Azərbaycana gətirən kafirdir. Azərbaycana cənazəm gəlməməlidir. Əgər Rusiyada və ya başqa yerdə dünyamı dəyişsəm, cəsədimi yandırsınlar. Azərbaycanda kremasiya yoxdur. Arzum budur ki, haradasa vəfat edim və cəsədim kremasiya edilsin. Cürümək istəmirəm”, – deyə o bildirib.