QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Təmizlik Departamentində çalışan qadınlar əməkhaqlarının vaxtında və tam ödənilmədiyini əsas gətirərək etiraz ediblər.

Narazılıq qurumun inzibati binasında və onun qarşısında yaşanıb. İşçilər rəhbərliklə qarşıdurma zamanı onların insanları alçaltdığını və əməyə qiymət vermədiyini bildiriblər.

Təmizlik əməkdaşlarının sözlərinə görə, aylarla ağır şəraitdə işləmələrinə baxmayaraq, hüquqlarının pozulması və maaşların gecikməsi artıq dözülməz vəziyyət yaradıb.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar hələlik rəsmi açıqlama verməyib.