QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Tovuz rayonunun Qəribli kənd inzibati ərazisində VAZ markalı avtomobil su kanalına aşıb.
Hadisə zamanı maşında olan dörd nəfərdən biri həyatını itirib. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.