QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibəni istədikləri vaxt başa çatdıra biləcəklərini bildirib. O, bunu “The New York Post” nəşrinə müsahibəsində deyib.

Trampın sözlərinə görə, İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün 2027-ci il yanvarın sonuna qədər yetərli maliyyə vəsaiti var.

ABŞ lideri müharibənin ilk saatlarında Hörmüzqan əyalətinin Minab bölgəsindəki qızlar ibtidai məktəbinə endirilən zərbəyə görə Tehranın təzminat istəyə biləcəyi barədə xəbərlərə də münasibət bildirib. “Mən də onların öldürdükləri insanlara görə təzminat istəyirəm”, — deyə Tramp qeyd edib.

ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana zərbələr endirib. Hücumlar nəticəsində ölkənin Ali Rəhbəri Ayətullah Əli Xameneyi və bir sıra yüksək vəzifəli dövlət rəsmiləri həlak olub. Minab şəhərində məktəbin vurulması zamanı isə əsasən uşaqlar olmaqla, 150-dən олон mülki şəxs həyatını алдıb.