QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşlarının fərdi kreditlər və kredit kartları üzrə banklara borcu 7,1 trilyon türk lirəsini ötüb. Maliyyə bazarının son göstəriciləri əhalinin borclanma yükünün artdığını göstərir.
Kredit kartları üzrə borcun həcmi 3,5 trilyon türk lirəsinə çatıb. Son 12 ayda bu göstərici 35,1 faiz yüksəlib.
Ödənişində çətinlik yaranan kreditlər üzrə də artım qeydə alınıb. Bankların nəzarətindəki problemli alacaqların ümumi məbləği son bir həftədə 10,2 milyard türk lirəsi çoxalıb.