QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 5-də polis orqanlarında və daxili qoşunlarda xidmət etmək istəyən gənclər arasında növbəti sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Bakıda baş tutan baxışda nazirliyə müraciət edən gənclərdən hazırlıq səviyyəsi daha yüksək olan 179 nəfər seçim turunun növbəti mərhələsinə keçib.
Gənclərlə görüşdə çıxış edən Vilayət Eyvazov seçim turunun qalan mərhələlərini də uğurla tamamlayaraq daxili işlər orqanlarında işə qəbul olunacaq namizədlərə gələcək xidmətlərində uğurlar diləyib, onlara tapşırıq və tövsiyələrini çatdırıb.