QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Memorial Məzarlığını ziyarət edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazir müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Vətən müharibəsi şəhidi Elvin Şükürlünün ailə üzvləri ilə görüşüblər. Onlar şəhidin qardaşı, mayor Elnur Şükürlünün əkiz uşaqları ilə foto çəkdiriblər.
Hazırda iki aylıq olan körpələrdən birinə Elvin, digərinə isə müharibə veteranı olan babaları Azad Şükürlünün adı verilib.
Leytenant Elvin Şükürlü Vətən müharibəsi başlayandan döyüşlərdə iştirak edib və Murovdağ uğrunda döyüşlər zamanı itkin düşüb. Onun nəşi tapıldıqdan sonra 2021-ci ilin yanvarında II Şəhidlər xiyabanında dəfn edilib.
Şükürlü ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları, eləcə də “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.