QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı bağların ortaq tarixə, etnik köklərə, dilə, ədəbiyyata və mənəvi dəyərlərə söykəndiyini bildirib. Onun sözlərinə görə, bu zəngin irs və möhkəm təməl dövlətlərarası münasibətlərin inkişafına da zəmin yaradır.
Dövlət başçısı bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında səsləndirib. İlham Əliyev iki ölkənin birliyinin və qardaşlığının sarsılmaz olduğunu vurğulayaraq, bu əlaqələri pozmaq istəyənlərin məqsədlərinə çata bilməyəcəklərini, arzularının gerçəkləşməyəcəyini qeyd edib.