QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin Adana vilayətinin Kozan rayonunda 4,6 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 15:28-də baş verib.
Təkanların mənbəyi 15 kilometr dərinlikdə yerləşib.