QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin uşaqlıqda onu Moskva və bütün Rusiyanın patriarxı Kirillin atasının vəftiz etmiş ola biləcəyini bildirib.

O, bu ehtimal barədə Rusiyanın Birinci Kanalı üçün hazırlanan filmə rejissor Emir Kusturitsaya verdiyi müsahibədə danışıb.

Putin deyib ki, bir dəfə patriarxdan keşiş atasının hansı yerdə xidmət etdiyini soruşub. Söhbətdən məlum olub ki, Mixail adlı din xadimi 1950-ci illərdə indiki Sankt-Peterburqda yerləşən Preobrajenski katedralında xidmət göstərib.

Putin patriarxa dediyi sözləri belə xatırlayıb: “Bilirsiniz nə var? Deyəsən, məni sizin atanız vəftiz edib”.