QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda müəllimlərin etik davranış qaydalarına yeni tələblər əlavə olunub. Bununla bağlı müvafiq qərar imzalanıb.

Sənədə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, zərərli vərdişlərdən uzaq tutmalı, eləcə də onların şərəf və ləyaqətinə hörmət etməlidirlər.

Qərarla müəllimlərə intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın istənilən formasından istifadə etmək qadağan edilib.