QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Qubadlı rayonunun Zilanlı, Mahruzlu və Xanlıq yaşayış məntəqələrində Həkəri çayının daşqınlarından qorunma məqsədilə tikinti işləri aparılacaq.
Layihənin həyata keçirilməsi ilə əlaqədar müvafiq prosedura başlanılıb.
İşlərin ümumi dəyərinin 28 milyon 812 min 727 manat olması planlaşdırılır.