QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 20-də Bakı, Abşeron yarımadası və ölkənin bəzi bölgələrində küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq qüvvədə olacaq.

Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, narıncı xəbərdarlıq Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda tətbiq edilir. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20,8–28,4 metrə çatacağı gözlənilir.

Digər bölgələrdə sarı xəbərdarlıq veriləcək. Bu ərazilərdə də şimal-qərb küləyi əsəcək, sürətinin saniyədə 13,9–20,7 metr olacağı bildirilir.