QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiyada hazırlanmış fərdi mRNA xərçəng peyvəndi ilə müalicə olunan ilk pasiyentin ilkin göstəriciləri müsbət qiymətləndirilib. Pasiyentdə metastaz qeydə alınmayıb, ümumi sağlamlıq durumu isə dörd aydır yaxşıdır.

“NeoOnkovak” adlanan preparat “Qamaleya” Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə Milli Radiologiya Araşdırma Mərkəzinin birgə layihəsidir.

Peyvənd hər xəstənin şişinə xas genetik xüsusiyyətlər nəzərə alınaraq hazırlanır. Məqsəd immun sistemini xərçəng hüceyrələrini müəyyənləşdirib məhv etməyə yönəltməkdir.

İlk pasiyent üç il həkimlərin nəzarətində olacaq. Mütəxəssislər peyvəndin effektivliyini təsdiqləmək üçün daha böyük klinik sınaqların keçirilməsinin və uzunmüddətli müşahidələrin aparılmasının vacibliyini qeyd edirlər.