QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Danimarka parlamenti ABŞ, Qrenlandiya və Danimarka arasında Arktika regionunun təhlükəsizliyinə dair razılaşmanı təsdiqləyib.

Sənədin lehinə 109 deputat səs verib, əleyhinə səs qeydə alınmayıb.

Qrenlandiya parlamenti isə noyabrın 3-də üçtərəfli təhlükəsizlik paktına dəstək verib. Sənəd sentyabrın 22-də Nyu-Yorkda imzalanıb.

1951-ci il müqaviləsinin yenilənmiş variantı olan pakt ABŞ-ın adada hərbi baza qurmağı nəzərdə tutduğu Narsarsuak və Mestersviq ərazilərini müəyyənləşdirir.