QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markalı bir bareli əvvəlki göstərici ilə müqayisədə 0,62 dollar (0,58%) bahalaşaraq 107,46 dollar olub.
Hərraclarda “Brent” neftinin yanvar fyuçersləri 96,48 dollar səviyyəsində qeydə alınıb.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan “Azeri Light”ın bir barelinin qiyməti isə 0,8 dollar və ya 0,79% artaraq 102,4 dollara yüksəlib.
Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 dollar götürülüb.
“Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə əsasında çıxarılır. Müqavilədə SOCAR-ın payı 35,3 faizdir.