QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Aktual Gündəm” verilişinin yeni buraxılışı efirə gedib.

Buraxılışda Şuşadan dünyaya ünvanlanan birlik mesajı və Bakı ilə Ankaranın birgə ata biləcəyi addımlar müzakirə olunub. Həmçinin ədəbiyyat dərsliklərindəki mətnlərin məzmunu və onların şəxsiyyət yetişdirmək imkanları diqqət mərkəzində olub.

Proqramda Azərbaycanın seysmoloji xəritəsindəki uyğunsuzluq, eləcə də daha yüksək təhlükə ilə üzləşə biləcək bölgələr barədə suallara aydınlıq gətirilib.