QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub göndərib.

Məktubda Krakov şəhərində baş vermiş qanlı hadisənin qurbanları və xəsarət alanlar barədə xəbərin dərin kədər doğurduğu bildirilib.

İlham Əliyev faciə ilə əlaqədar Polşa Prezidentinə, həlak olanların ailə üzvlərinə və yaxınlarına, eləcə də Polşa xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı çatdırıb. O, yaralananların tezliklə sağalmasını arzulayıb.