QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Birbank Biznes” fərdi sahibkarlar üçün mikro biznes kreditlərinə endirim kampaniyası elan edib. Kampaniya müddətində krediti tam onlayn rəsmiləşdirən müştərilərə 5%-dək güzəşt təqdim olunur.
29 oktyabr–30 noyabr 2026-cı il tarixlərində “Birbank Biznes” tətbiqi üzərindən müraciət edənlər krediti başdan sona rəqəmsal qaydada əldə edə bilərlər. Rəsmiləşdirmə üçün zamin və girov, biznesə baxış, eləcə də əlavə sənədlər tələb edilmir.
Mikro biznes krediti sahibkarlıq və ya peşə fəaliyyəti göstərən, VÖEN-i olan fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik, kənd təsərrüfatı və digər sahələrdə çalışan sahibkarlar tətbiq vasitəsilə 500 manatdan 50 000 manatadək kredit götürə bilərlər.
Rəqəmsal həll müraciətlərin qısa müddətdə qiymətləndirilməsinə imkan yaradır. Bunun sayəsində sahibkarlar biznesin inkişafı üçün tələb olunan maliyyə vəsaitinə daha çevik şəkildə çıxış əldə edirlər.
Kampaniyanın detalları www.b-b.az/ocre ünvanında yerləşdirilib.
“Birbank Biznes” “Kapital Bank”ın əmtəə nişanıdır və sahibkarlar üçün innovativ məhsullar təqdim etməklə onların, eləcə də bizneslərinin inkişafına dəstək verir. Müştərilər suallarını istənilən vaxt canlı çat vasitəsilə ünvanlaya bilərlər.
Sistem barədə əlavə məlumatı https://birbank.business/ saytından əldə etmək və ya 896 məlumat mərkəzinə zəng etmək mümkündür.