QafqazNews TASS-a istinadən xəbər verir ki, Suxum prokurorluğu şəhərdə baş vermiş atışma ilə bağlı qətlə cəhd maddələri üzrə cinayət işi açıb.

Prokurorluğun məlumatında bildirilir ki, Kvitsinia Nodik Yuriyeviç barəsində Abxaziya Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin 3-cü hissəsi, 99-cu maddənin 1-ci hissəsi və 217-ci maddənin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. İddia olunur ki, o, qanunsuz əldə edilmiş, saxlanılmış və daşınmış 7,62 mm lüləli “Kalaşnikov” avtomatı ilə Kvarçiya Efreminə qarşı qətl törətməyə cəhd edib.

Kvitsinia saxlanılıb və Abxaziya Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına yerləşdirilib. Tezliklə Suxum şəhər məhkəməsinə onun həbs-qətimkan tədbiri seçilməsi barədə vəsatət göndəriləcək.

Araşdırma çərçivəsində törədilən əmələ dair bütün halları müəyyən etmək məqsədi ilə zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyi daha əvvəl məlumat vermişdi ki, 15 noyabrda günorta saatlarında Suxumun Dzigua küçəsində baş vermiş atışma nəticəsində şəhər sakini, parlament deputatı Kan Kvarçiyanın oğlu Kvarçiya Efrem odlu silahla yaralanıb. Prokurorluğun açıqlamasında qeyd olunub ki, qətl cəhdində şübhəli bilinən Kvitsinia qısa müddət əvvəl azadlığa çıxıb; o, əvvəlcə rusiyalı biznesmen Sergey Klemantoviç və onun dostu Oksana Skarednova qətlə yetirildiklərinə görə məhkum edilmişdi.

2016-cı ildə Kvitsinia 16 il ağır rejimli həbs cəzasına məhkum olunmuşdu, lakin 2020-ci il amnistiyası nəticəsində cəzası azaldılıb və o, yaxın vaxtlarda azadlığa buraxılıb.