QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Bayramında Azərbaycanın ilk qadın snayperi, oktyabrın 14-də vəfat edən Növrəstə Ağakərim qızı Yusifovanın xatirəsinə tədbir təşkil olunub. O, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri olub.

Anım mərasimi həmin birliyin üzvlərinin və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Riza-zadənin təşəbbüsü ilə keçirilib. Tədbirin Zəfər Bayramına təsadüf etməsi Yusifovanın bu günə xüsusi sevgi və ehtiram bəsləməsi ilə əlaqələndirilib.

Mərasimə onun döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, incəsənət və səhiyyə sahələrinin təmsilçiləri, ailə üzvləri və onu sevənlər qatılıblar.

Tədbirdə Növrəstə Yusifovanın döyüş yolu və sonrakı ictimai fəaliyyəti xatırlanıb. Vətən uğrunda şəhid olanlar da yad edilib.