QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 24-də müşahidə olunan Dolunayın insanların yuxu rejiminə təsiri yenidən müzakirə olunur.
Bəzi elmi tədqiqatlarda Dolunay yaxınlaşarkən insanların daha gec yuxuya getdiyi və ümumi yuxu müddətinin qısaldığı üzə çıxıb. Bazel Universitetində aparılan araşdırmada isə Dolunay zamanı dərin yuxu ilə əlaqələndirilən beyin aktivliyində azalma qeydə alınıb.
Yuxu çətinliklərinin qarşısını almaq üçün mütəxəssislər gecə işıqlarını zəiflətməyi, pərdələri örtməyi və yatmazdan öncə elektron cihazlardan istifadə etməməyi məsləhət görürlər.
Bununla belə, Ayın fazalarının yuxuya təsiri elmi cəhətdən hələ tam təsdiqlənməyib.