QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 15-də ölkədə istilik mövsümünün başlaması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı üçün müvafiq tədbirlər görülüb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumatda bildirilir ki, odun yanacağından istifadə edən bütün təhsil müəssisələri pellet yanacağına keçirilib. Ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təmin olunub.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Şəki Dövlət Regional Kolleci bu ilin sentyabrında Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzindən 6 min manat 2 qəpik dəyərində odun alıb. Tərəflərin imzaladığı satınalma müqaviləsinin noyabrın 24-də başa çatacağı qeyd edilib.