QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 16-da dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

DİM-in bildirdiyinə görə, qərar “Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun tətbiqi barədə Prezident fərmanının icrası, eləcə də dövlət qulluğu sahəsində yeni hüquqi qaydaların qüvvəyə minməsi nəzərə alınmaqla verilib.

2026-cı ilin sonunadək keçiriləcək müsahibələrdə əvvəlcədən açıqlanmış proqramlarda yer alan və sözügedən qanunla qüvvədən düşmüş normativ aktların yalnız Dövlət Qulluğu Məcəlləsindəki müddəalarla eyni olan hissələrinə dair suallar namizədlərə ünvanlanacaq.

DİM qeyd edib ki, başqa hüquqi aktlar və mövzular üzrə namizədlərin bilikləri əvvəlcədən elan edilmiş müsahibə proqramlarına uyğun qiymətləndiriləcək.