QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra onun yerinə mümkün namizədlərdən birinin adı açıqlanıb.
DİM sədri postuna iddialı şəxslərlə bağlı bir neçə ad gündəmə gəlib. Onların arasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev də var. Təhsil sahəsində çalışmış Əliyev hazırda DİM-in Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, bu ayın əvvəlində Mərkəzin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Süraya Cəfərova vəzifəsindən azad edilib.
Bundan əlavə, DİM-in Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri Elşən Cabbarov da vəzifəsindən çıxarılıb.