QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyində üç rəhbər vəzifəyə təyinat olub. Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov bununla bağlı əmrlər imzalayıb.
Xəyalə Babayeva Fərdi məlumatların mühafizəsi departamentinin, Həvva Hüseynli Beynəlxalq əlaqələr departamentinin, Cavid Hüseynov isə Hüquq departamentinin direktoru vəzifəsinə gətirilib.
Babayeva 2023-cü ilin iyunundan 2026-cı ilin noyabrınadək Elektron Təhlükəsizlik Xidmətində Fərdi məlumatların mühafizəsi şöbəsinə rəhbərlik edib. O, 2018-ci ilin noyabrından 2023-cü ilin avqustunadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Kibertəhlükəsizlik xidməti üzrə baş məsləhətçi işləyib.
Hüseynli 2025-ci ilin fevralından 2026-cı ilin noyabrınadək Milli Kibertəhlükəsizlik Agentliyinin Əməkdaşlıq və kommunikasiya departamentinin rəhbəri olub. Daha əvvəl Dövlət Məşğulluq Agentliyində Beynəlxalq tərəfdaşlıq şöbəsinin müdiri, həmçinin beynəlxalq əlaqələr üzrə baş mütəxəssis və mütəxəssis vəzifələrində çalışıb.
Hüseynov isə 2023-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək Agentliyin Hüquq və tənzimləmə şöbəsinin müdiri vəzifəsində işləyib. Bundan əvvəl Dövlət Miqrasiya Xidmətinin Təşkilat və nəzarət baş idarəsində inspektor olub.