QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.

Ərdoğan bu fikirləri Azərbaycana rəsmi səfərini başa vuraraq geri dönərkən təyyarədə jurnalistlərlə söhbəti zamanı səsləndirib.

“Azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə sizin hüzurunuzda bir daha təbrik edirəm. Dövlət Bayrağı Günü münasibətilə də can Azərbaycanı təbrik edirəm. Ötən il Zəfər Gününün beşinci ildönümü çərçivəsində Bakıda keçirilən hərbi paradın iştirakçısı olmuşduq. Bu dəfə isə Şuşada Azərbaycanla həmrəyliyimizi yenidən nümayiş etdirdik. Birlik və bərabərlik çağırışlarımızı ən güclü formada çatdırdıq. Xocalı soyqırımında həlak olanları rəhmətlə yad etdik, Xankəndiyə baş çəkdik. İnşallah, qəhrəmanlarımızın ruhunu şad etdik”, – deyə Ərdoğan bildirib.