QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında iki ölkə arasındakı münasibətlərin tarix boyu müxtəlif sınaqlardan keçdiyini və indiki yüksək səviyyəyə yüksəldiyini deyib.
Ərdoğan “Bir millət, iki dövlət” ifadəsinin təcəssüm etdirdiyi mənəvi birliyin ortaq keçmişdən güc aldığını və gələcəyə yol göstərdiyini bildirib. O, bu birliyi sönməyən məşələ bənzədib.
Türkiyə Prezidenti qeyd edib ki, 15 iyun 2021-ci ildə Şuşada imzalanmış bəyannamə ilə müttəfiqlik əlaqələri möhkəmlənib. Onun sözlərinə görə, qardaşlığı zəiflətməyə çalışanlar nə dünən, nə bu gün, nə də sabah məqsədlərinə nail ola biləcəklər. Ərdoğan birliyin Allahın izni ilə daim davam edəcəyini vurğulayıb.