QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsinə baş çəkiblər.

Alyona Əliyeva sosial şəbəkə hesabında ziyarətlə bağlı paylaşım edib. Paylaşımda 8 Noyabr – Zəfər Günü münasibətilə xalq təbrik olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.