QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Real Madrid”in türkiyəli yarımmüdafiəçisi Arda Gülərin yeni müqaviləsi üzrə maaşı bəlli olub. 21 yaşlı futbolçunun klubla razılaşması 2032-ci il iyunun sonunadək qüvvədə olacaq.

Arda Gülərin 2025/26 mövsümündəki illik sabit məvacibi 5,21 milyon avro təşkil edib. 2026/27 mövsümündən etibarən bu məbləğ ikiqat artırılaraq 10,42 milyon avroya çatdırılacaq.

Maaş artımı müqavilədəki performans mükafatlarının məbləğinə də təsir edəcək. Bütün bonuslar qazanılarsa, futbolçunun illik ümumi gəlirinin 13,02 milyon avro olması gözlənilir.