QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Arda Gülərin “Real Madrid”lə yeni müqaviləsinin maliyyə şərtləri açıqlanıb.
“Capology” bazasında yer alan məlumata əsasən, futbolçunun 2025/26 mövsümündə 5,21 milyon avro təşkil edən sabit illik maaşı növbəti mövsümdə 10,42 milyon avroya yüksələcək.
Bonusların məbləği də artırılıb. Əlavə ödənişlər nəzərə alınmaqla, türkiyəli futbolçunun “Real Madrid”də illik qazancı 13,2 milyon avro olacaq.
Arda Gülər cari mövsümdə Madrid təmsilçisinin heyətində 14 matçda iştirak edib. O, dörd qol vurub və yeddi məhsuldar ötürmə verib.
Futbolçunun hazırkı transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.