QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət komandası Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununda İraqın U-20 yığmasını məğlub edib.
Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan millisinin qollarını Nicat Nərimanov və Şahin İbrahimov vurublar.
Komandaların noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirdiyi ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşmışdı.