QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Əhli” ilə qarşılaşmada qol vuraraq karyerasının 1000-ci qoluna daha da yaxınlaşıb.

“Əl-Nəsr”in 41 yaşlı hücumçusu matçın 14-cü dəqiqəsində rəqib qapısına yol tapıb. Bununla onun rəsmi oyunlarda vurduğu qolların sayı 986-ya yüksəlib.

Ronaldo qolundan bir neçə dəqiqə sonra hesabı artırmaq imkanı əldə etsə də, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, o, 987-ci qolunu vurmaq fürsətini əldən verib.

Tarixi 1000 qol həddinə çatmaq üçün portuqaliyalı futbolçuya daha 14 qol lazımdır.