QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la üz-üzə gələcək “Barselona”nın Bakıya səfər edəcəyi gün açıqlanıb.
Bakı təmsilçisinin AZƏRTAC-ın sorğusuna verdiyi cavabda İspaniya klubunun noyabrın 23-ü axşam paytaxtda olacağı bildirilib.
“Sabah”la “Barselona” noyabrın 25-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Görüş saat 21:45-də başlayacaq.