QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Qarabağda aparılan quruculuq işlərindən danışıb.

Dövlət başçısı bildirib ki, torpaqların sahibləri olaraq Azərbaycan xalqı bütün dünyaya bu ərazinin özünə məxsus olduğunu göstərir. O, xalqı qurub-yaradan xalq kimi xarakterizə edib.

İlham Əliyevin sözlərinə görə, işğal illərində Ermənistan Azərbaycanın təbii sərvətlərini talayıb, meşələrini qırıb, mədənlərini qanunsuz istismar edib. Prezident qeyd edib ki, Azərbaycan isə şəhərləri sıfırdan inşa edir.