QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə ölkədəki ictimai-siyasi sabitliyi dünyada az rast gəlinən hal kimi dəyərləndirib.

Dövlət başçısı bildirib ki, Azərbaycandakı sabitlik, müsbət əhval-ruhiyyə, quruculuq meyilləri və cəmiyyətin ümumi məqsəd ətrafında birləşməsi bugünkü dünyada nadir görünən mənzərədir.

İlham Əliyev bayram təbrikində, həmçinin, “Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm” sözlərini söyləyib.