QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə qələbənin əldə olunmasında ordu quruculuğu ilə xalqın iradəsinin rolundan danışıb.

Dövlət başçısının sözlərinə görə, uzun illər Silahlı Qüvvələrin peşəkarlığının və döyüş qabiliyyətinin artırılması, müntəzəm hərbi təlimlərin təşkili, eləcə də ordunun müasir texnika və silahlarla təmin olunması Qələbəyə mühüm töhfə verib.

İlham Əliyev bildirib ki, bütün bu amillərlə yanaşı, qələbəyə aparan başlıca yol xalqın, əsgər və zabitlərin ürəyindən keçib. Onun qeyd etdiyi kimi, irəliyə aparan yol ləyaqət yolu olub və Azərbaycan xalqı işğalla barışmaq niyyətində olmayıb.