QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə milli-mənəvi dəyərlərin ölkənin inkişafındakı rolundan danışıb.
Dövlət başçısı Azərbaycan dövlətinin bu dəyərlər üzərində qurulduğunu qeyd edərək, “Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir” deyib.
İlham Əliyev vurğulayıb: “Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik”.