QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin Türkiyə ilə Azərbaycanın birliyini bir daha ortaya qoyduğunu deyib.

Dövlət başçısı bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında səsləndirib.

İlham Əliyev müharibə başa çatdıqdan sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırladıb. Onun sözlərinə görə, sənəd iki ölkənin münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəldib, halbuki tərəflər bundan əvvəl də daim müttəfiq olublar.

“Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur”, – Prezident bildirib.