QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona”nın müdafiəçisi Jül Kunde yanvar transfer pəncərəsində komandadan ayrılmağı planlaşdırır. 28 yaşlı fransalı cari mövsümdə əsas heyətdə davamlı yer ala bilməyib.
Mövsüm başlayandan La Liqada cəmi üç dəfə start heyətində meydana çıxan Kunde baş məşqçi Hansi Flikin rəhbərliyi altında əvvəlki mövqeyini itirib. O, az oyun şansı aldığı üçün müntəzəm forma geyinə biləcəyi komanda axtarır.
Futbolçunu uzun müddətdir izləyən “Çelsi” onun vəziyyətini diqqətlə nəzərdən keçirir, lakin hələlik Kunde yanvar ayı üçün klubun əsas transfer hədəfi deyil. Transfer pəncərəsinin sonuna doğru planların dəyişməsi və qərarın son anda verilməsi də mümkündür.