QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsi Krit adası yaxınlığında xilasetmə işi aparıb və bir gəmidən 12 miqrantın meyitini çıxarıb. Onların ölüm səbəbləri araşdırılır.

Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mili aralıda yerləşən ərazidə 18 nəfəri təxliyə ediblər.

Bununla yanaşı, sahil mühafizəsi əməkdaşları Krit sahillərində aparılan daha iki əməliyyatda onlarla miqrantı xilas ediblər. Sağ qalanlar tibbi və humanitar yardım almaq üçün sahilə çatdırılıblar.