QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının proqramına daxil olan “Rezonans və İrs” konsertində iştirak ediblər.

Alyona Əliyeva tədbirdən fotoları sosial şəbəkədə yayımlayıb. O, paylaşımında konsertdə gənc istedadların musiqi nömrələrinin və rəqs çıxışlarının təqdim olunduğunu qeyd edib.

Alyona Əliyevanın sözlərinə görə, tədbir çərçivəsində Nine Senses Yaradıcılıq Mərkəzində Türkiyədən dəvət edilən şüşə sənətçisi Nasuf Cömert öz əsərlərini hazırlama prosesini nümayiş etdirib. O, uşaqları və tədbir iştirakçılarını bu qədim sənətin incəlikləri ilə tanış edib.