QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Qalatasaray” qış transfer dövründə “Fənərbağça”nın müdafiəçisi Mert Müldürlə bağlı vəziyyəti diqqətdə saxlayır.

İnsayder Yağız Sabuncuoğlunun iddiasına əsasən, “Fənərbağça” rəhbərliyi 27 yaşlı cinah müdafiəçisi ilə müqaviləni yeniləməsə, “Qalatasaray” mövsümün sonunda Türkiyə millisinin üzvünə rəsmi təklif göndərə bilər.

Müldürün “sarı-lacivərdlilər”lə hazırkı müqaviləsi bu mövsümün yekununda başa çatır. O, komandada indiyədək 127 matçda iştirak edib, 5 qol vurub və 13 məhsuldar ötürmə verib.