QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Seneqalda keçirilən yarışda 51 kq çəki dərəcəsində çıxış edən Hüseynova final qarşılaşmasında Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə döyüşüb. Görüşdə rəqibinin qələbəsi ilə azərbaycanlı idmançı ikinci yeri tutub.

Hüseynova bununla Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qadın boksçu kimi tarixə düşüb.

Ondan əvvəl Azərbaycanın oğlan boksçuları da bu yarışlarda mükafat qazanıblar. Rüfət Hüseynov Nankin-2014-də 49 kq çəki dərəcəsində qızıl medal əldə edib. Sinqapur-2010-da Salman Əlizadə 48 kq-da, Elvin İsayev isə 57 kq-da gümüş mükafatçı olub. Nurlan Səfərov Buenos-Ayres-2018-də 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.