QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin İtaliya ilə qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb.
Zədə səbəbindən futbolçu cümə axşamı axşamı “San Siro” stadionunda baş tutacaq matçda meydana çıxa bilməyəcək. Zidan Mbappenin yüngül narahatlıq keçirdiyini və onun sağlamlığını təhlükəyə atmaq istəmədiklərini deyib.
“Kilian sabahkı oyunda iştirak etməyəcək. O, yüngül narahatlıq hiss edib. Həmişə olduğu kimi, heç bir riskə getməyəcəyik. Belə hallar təəssüf doğurur, lakin futbolun bir hissəsidir. Ümid edirəm ki, bazar günü onun xidmətindən yararlana biləcəyik”, – deyə Zidan bildirib.
Mbappenin Türkiyə ilə növbəti matçda iştirakı da hələ dəqiqləşməyib. Onun yerinə Senny Mayulu Fransa millisinə çağırılıb.