QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Braziliya futbolunun tanınmış simalarından Ronaldinyo 46 yaşında yenidən rəsmi oyunda çıxış edəcək.

Sabiq futbolçu noyabrın 15-də İtaliyanın “Ravenna” klubunun formasını geyinəcək. İtaliyanın üçüncü divizionunda mübarizə aparan komanda öz meydanında “Forli”ni qəbul edəcək. “Bruno Benelli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Ravenna”nın prezidenti İqnatsio Çipriani bildirib ki, Ronaldinyo məhz bu derbidə meydana çıxacaq. Klub da rəsmi kanallarında braziliyalı futbolçunun qayıdışını təsdiqləyib.

Ronaldinyonun son rəsmi oyunu 2015-ci il sentyabrın 26-da “Fluminense”nin heyətində “Qoyas”a qarşı olub. Həmin görüşdə o, fasilə zamanı əvəzlənib. Beləliklə, futbolçu 11 ildən artıq fasilədən sonra rəsmi matçda yenidən oynayacaq.