QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında aşağı liqaya düşmə zonasına daxil olmaqla 40 ildən sonra antirekordunu təkrarlayıb.
Hazırda 7 xalı olan Mançester klubu turnir cədvəlində 18-ci yerdədir və birbaşa liqanı tərk etmək təhlükəsi ilə üzləşib.
Komanda sonuncu dəfə 1986-cı ilin noyabrında cədvəlin son üç pilləsində yer alıb. Həmin vaxt “Mançester Yunayted” 21-ci sırada qərarlaşmışdı.
“Qırmızı şeytanlar” bu gün “Aston Villa” ilə qarşılaşacaq.