QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bu ilin oktyabrında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 180 398 nəfər təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, müavinət alanların 40,8 faizi kişilər, 59,2 faizi isə qadınlardır.
Əmək pensiyası almaq hüququ olmayan və işləməyən 65 yaşlı şəxslərə sosial yardım məqsədilə ayda 220 manat yaşa görə müavinət ödənilir.